Molla rejimi Əhməd Obalının bacısı oğlunu HƏBS ETDİ
24 fevral 2023 17:58 (UTC +04:00)

Molla rejimi Əhməd Obalının bacısı oğlunu HƏBS ETDİ

Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbs edilib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, soydaşımızın yaxınlarının verdiyi məlumatına görə, fevralın 20-də səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.

O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11:30-da polis bölməsinə gedib.

12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.

Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib. 

Fevralın 21-də səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.

Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.

Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğludur.

# 1944
avatar

Fidan İlqar

Oxşar yazılar