<font color=red>®</font> Hicran Hüseynovanın Sumqayıt şəhərində seçicilərilə növbəti görüşü keçirilib
01 fevral 2020 16:11 (UTC +04:00)

® Hicran Hüseynovanın Sumqayıt şəhərində seçicilərilə növbəti görüşü keçirilib

 

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 12 və 17-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan şəhər ağsaqqalı Əvəz Mahmudov qeyd edib ki, bu gün ölkədə cənab Prezident İlham Əliyev tərəfindən güclü siyasət aparılır və ölkədə gedən quruculuq, abadlıq işləri bunların bir nümunəsidir. O, bildirib ki, mövcud olan problemlərin həlli istiqamətində də işlər aparılır və həmin problemlər müəyyən müddət sonra aradan qaldırılacaqdır.

Daha sonra çıxış edən vəkillər bildiriblər ki, Hicran Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən ən layiqli namizəddir.

Görüş zamanı sakinlər də çıxış edərək Hicran Hüseynovanın namizədliyinə öz münasibətlərini bildiriblər və qeyd ediblər ki, həmin dairə üzrə onlar yekdilliklə Hicran Hüseynovaya səs verəcəklər.

Sonda çıxış edən Hicran Hüseynova ilk öncə sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib. O, sumqayıtlıların zəhmətkeş, fədakar, yeniliyə meyilli insanlar olduğunu, hər zaman ictimai proseslərdə aktivlik göstərdiklərini vurğulayıb. Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyimin məhz bu dairədən irəli sürülməsinə münasibət bildirən H.Hüseynova qeyd edib ki, “millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini Milli Məclisin tribunasından səsləndirməkdir”. O, sakinləri əmin etdi ki, millət vəkili seçiləcəyi tədirdə seçicilərin etimadını doğruldacaq. Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən ölkədir. Cənab Prezidentimiz güclü siyasi iradə nümayiş etdirir. Çünki hamı yaxşı bilir ki, bu siyasətin mərkəzində xalq- dövlət birliyi və vətəndaş rifahı dayanır. Bunun üçün ölkə başçısı tərəfindən bütün imkanlar yaradılır. Buna mane olan hər hansı boşluqlar varsa, onu müəyyən edib, hüquqi müstəvidə həll edilməsinə çalışacağını bildirib. O qeyd edib ki, “Mən Sumqayıtın hər bir vətəndaşının, bu ərazidə yaşayan hər kəsin, uşağın, gəncin, qadının, sahibkarın, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərini və qayğılarını həllinə cəhd edəcəm. Hər birinizin yanında olmağa çalışacam və sizə dəstək göstərəcəm. Dəyərli seçicilər, gəlin birlikdə yeniləşən Azərbaycanımızın inkişafına dəstək olaq!”.

Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, YAP namizədlərinə səs verməyə çağırıb.

Qeyd edək ki, görüşdə ATƏT-in müşahidəçiləri də iştirak edib və görüşü izləyiblər.

Görüş zamanı həmçinin vətəndaşların müraciətləri dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar