Lavrovdan Azərbaycan-Ermənistan danışıqları barədə AÇIQLAMA
29 dekabr 2022 10:38 (UTC +04:00)

Lavrovdan Azərbaycan-Ermənistan danışıqları barədə AÇIQLAMA

Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.

Lent.az-ın məlumatına görə, bunu Rusiya Sergey Lavrov Ria Novostiyə müsahibəsində “Rusiyan Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi”, sualına cavabında bildirib.

O, həmçinin qeyd edib ki, bu sualı danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: “Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”.

# 1884
avatar

Oxşar yazılar