Sergey Lavrov, Rusiya xarici işlər naziri
05 iyun 2022 19:19 (UTC +04:00)

Sergey Lavrov, Rusiya xarici işlər naziri

Lavrova xoş olmayan SÜRPRİZ

Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmaya bilər.

Lent.az-ın xəbərinə görə, bu barədə Serbiyanın "Veçerne novosti" qəzeti məlumat yayıb.

Buna səbəb Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanlarını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlamasıdır.

Serbiya Baş naziri Anna Brnabiç deyib ki, Sergey Lavrovun səfəri ilə bağlı xüsusi mürəkkəb vəziyyət yaranıb. Baş nazir hazırda Prezident Aleksandr Vuçiçin Rusiya xarici işlər nazirinin səfəri üzərində çalışdığını, Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar apardığını yazıb.

# 5559
avatar

Oxşar yazılar