İsrail Prezidenti Azərbaycana gəldi
30 may 2023 10:25 (UTC +04:00)

İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Dövlətinin Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Lent.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İshaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

# 2208
avatar

Oxşar yazılar