İran: Regionun təhlükə mənbəyi
04 noyabr 2022 17:17 (UTC +04:00)

İran: Regionun təhlükə mənbəyi

İrana casusluq edən, onun “5-ci kolonu” rolunu oynayan hər kəs güclü ictimai qınaqla üzləşməlidir. Çünki İranın xüsusi xidmət orqanları əldə etdiyi Azərbaycanın hərbi potensialı və digər məxfi məlumatları həm də Ermənistanla bölüşür. 

Vətən Müharibəsi zamanı da belə əməkdaşlığa dair çoxsaylı faktlar var. Bu o deməkdir ki, “molla rejiminə işləyənlərin əli həm də bəlkə özləri də bilmədən şəhidlərimizin qanına batıb”, bunlar Vətənə xəyanətdir, ictimaiyyət onların ifşasını tələb edir. 

Heç kimə sirr deyil ki, İran  Azərbaycanın müstəqilliyini qəbul etmir. Çünki  yaxşı bilir ki, Şimali Azərbaycanın müstəqil dövlət kimi mövcud olması, Cənubda böyük rezonansa yol aça bilər. Onlar sözdə bizimlə qonşuluq siyasəti aparır, amma əslində bu belə deyil. İran dövləti bizim üçün əsl təhlükə mənbəyidir. Biz İrana sıradan bir ölkə kimi baxmamalıyıq. Bu dövlətin adı dövləti terrorizmi dəstəkləyən ölkələrdən biri kimi beynəlxalq təşkilatların hesabatlarında tez-tez hallanır. 

Son dövrlər, İran ətrafında həlqə getdikcə daralmağa başlayıb. Bu ölkə nəinki Azərbaycana, beynəlxalq sülhə təhlükə törətməyə başlayıb. İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. Yəni zaman-zaman bu barədə danışılıb. Təsəvvür edin, İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri İran səfirliyinin avtomobilindən istifadə ediblər. Bu da təsadüfi deyil. Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır. İranın Azərbaycandakı səfirliyin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir. Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları yox, başqa şeylər də, silah-sursat, hətta terrorçu da daşına bilməz. 


İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər, Qafanda tələm-tələsik Baş konsulluğun açılması göstərir ki, Azərbaycanın uğurları İranı ciddi narahat etməyə başlayıb. Eyni zamanda, İran rəhbərliyi daxildə olan üsyanlardan yayınmaq üçün qonşu ölkələrdə sabitliyi pozmağı hədəfə alır. Rəsmi Tehranın məqsədi Azərbaycanı hədəf almaqla regionda sülh və sabitliyi əngəlləmək, diqqətləri İranın daxili problemlərindən yayındırmaqdır.

 İranın ən böyük qorxusu Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və bu əlaqələr fonunda Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsidir. İran bu ölkədə yaşayan 35 milyonluq azərbaycanlıya illərlə zülm edib, siyasi-mədəni hüquqlarını pozub. Həmçinin din adı altında bütün vətəndaşlarına xurafat yaşadıb. Eyni zamanda, İran 30 ilə yaxın İslam ölkəsinin torpaqlarını işğalda saxlayan, müsəlman abidələrini, məscidlərini dağıdan, qətliamlar, terror aktları və soyqırımları törədən Ermənistanı dəstəkləməsi heç də təsadüfi deyil. Qonşu ölkənin Ermənistan “sevdası”nın altında əsasən azərbaycançılığa, türkçülüyə qarşı düşmənçilik yatır.

# 2604
avatar

Səbuhi Sədəf

Oxşar yazılar