Güney Azərbaycan Milli Hərəkatının 5 fəalı həbs edildi
19 may 2023 09:35 (UTC +04:00)

Güney Azərbaycan Milli Hərəkatının 5 fəalı həbs edildi

Güney Azərbaycan Milli Hərəkatının 5 fəalı saxlanılıb.  

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, Azərbaycan Milli Hərəkatının beş fəalı – Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i cümə axşamı günü Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Fəalların həbsinin səbəbləri və yeri barədə dəqiq məlumat yoxdur. Yaxınların verdiyi məlumata əsasən, təhlükəsizlik əməkdaşları fəalların evlərində axtarış aparıblar, cib telefonu, kompüter kimi bəzi şəxsi əşyaları, kitablarını və əlyazmalarını müsadirə ediblər.

Saxlanılanlardan Davud Şirinin “İran İslam Respublikası əleyhinə təbliğat” ittihamı ilə daha bir açıq işi var. 

Ehtimal olunur ki, həbs qarşıdan gələn "Xordad" qiyamının ildönümü ilə əlaqədardır.


 

# 2883
avatar

Oxşar yazılar