"Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir" -  İlham Əliyev
16 sentyabr 2022 16:11 (UTC +04:00)

"Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir" - İlham Əliyev

“Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən sammitində çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq: “Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

# 2088
avatar

Oxşar yazılar