Ermənistan hərbiçiləri öz aralarında atışıblar: DSX - FOTO
30 may 2022 16:21 (UTC +04:00)

Ermənistan hərbiçiləri öz aralarında atışıblar: DSX - FOTO

"Mayın 28-də Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar yayıl­mışdı. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və real­lığı əks etdirmir".

Lent.az Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatına istinadən xəbər verir ki, Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (Ermənistanın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində Ermənistan ərazisi istiqamətində, ümumiyyətlə, atəş açılmayıb: "Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilmiş müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınıb. Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbiçiləri­nin öz aralarında baş verdiyini göstərir".

Məlumatda, Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat vermək tövsiyə edilib.

# 3960
avatar

Oxşar yazılar