Ermənilərin 5 gün əvvəl minaladıqları ərazi belə təmizlənir - VİDEO
17 sentyabr 2022 14:30 (UTC +04:00)

Ermənilərin 5 gün əvvəl minaladıqları ərazi belə təmizlənir - VİDEO

Ermənilərin dağlıq ərazilərdə basdırdıqları minalar aşkar edilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minalar basdırıblar. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı həmin ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.

Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Ermənilərin 5 gün əvvəl minaladıqları ərazi belə təmizlənir

# 2112
avatar

Oxşar yazılar