Ermənilər Şuşa və Ağdamı atəşə tutdu
30 noyabr 2022 17:07 (UTC +04:00)

Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

Ermənilər növbəti dəfə atəşkəsi pozub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 2283
avatar

Oxşar yazılar