Daha  6 hərbçinin meyiti   Ermənistana verildi
23 sentyabr 2022 19:40 (UTC +04:00)

Daha 6 hərbçinin meyiti Ermənistana verildi

Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a bildirilib ki, Azərbaycan 2022-ci il sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılan daha 6 erməni hərbçisinin meyiti Ermənistan tərəfinə təhvil verilib. Meyitlərə Azərbaycanın Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilb və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Cəsədlərin ərazidə axtarışı davam etdirilir.

# 2481
avatar

Oxşar yazılar