Azərbaycan daha 17 erməni hərbi əsiri geri qaytardı -  YENİLƏNİB
04 oktyabr 2022 20:41 (UTC +04:00)

Azərbaycan daha 17 erməni hərbi əsiri geri qaytardı - YENİLƏNİB

Azərbaycan daha 17 erməni hərbçini geri qaytarıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik geri qaytarılan hərbçilərin adlı siyahısını yayıb.

***

17.21

Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq, 13-14 sentyabr hadisələri zamanı əsir düşmüş 17 Ermənistan hərbçisini geri qaytarır.

Lent.az-ın məlumatına görə, bu barədə "Канал огней" Telegram kanalı məlumat yayıb.

Kanalın yazdığına görə, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.

Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralı olub. Onlara lazımi tibbi yardım göstərilib.

Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.

# 5265
avatar

Oxşar yazılar