Virusoloqdan  meymunçiçəyi ilə bağlı   XƏBƏRDARLIQ
13 iyul 2022 17:33 (UTC +04:00)

Virusoloqdan meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

Rusiyalı virusoloq meymunçiçəyi ilə bağlı xəbərdarlıq edib. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, tibb elmləri doktoru Vladislav Jemçuqov bildirib ki, meymunçiçəyi allergik səpkilərə bənzəyir:

“Səpkisi olanlara həkimə müraciət etməyi məsləhət görürəm. Çünki səpki adı altında daha ağır xəstəlik keçirə bilərsiniz. Məsələn, indi ləkəli qızdırma kimi bir xəstəlik var. Bu olduqca ağır şeydir. Ona görə də mütləq həkimə müraciət edib, test vermək lazımdır". 

Onun sözlərinə görə, Rusiyada çiçək xəstəliyinə yoluxmuş meymunlar hazırda rəsmi qeydiyyatda olandan on dəfə çox ola bilər.Jemçuqov virusun Rusiyaya daxil olmasını qaçılmazlığını deyib:

“Başa düşmək lazımdır ki, bəzi insanların səpkiləri var və onlar meymunçiçəyinə yoluxduqlarını bilmirlər”.

Qeyd edək ki, iyulun 12-də Rusiyada meymunçiçəyinə ilk yoluxma faktı açıqlanıb. İlk yoluxma Sankt-Peterburqda Portuqaliyadan gələn bir yerli sakində aşkarlanıb. 

# 2571
avatar

Aytəkin Cəlali

Oxşar yazılar