Şəkər xəstələrinin DİQQƏTİNƏ  - gündə neçə addım gəzməlisiz?
29 iyul 2022 19:09 (UTC +04:00)

Şəkər xəstələrinin DİQQƏTİNƏ - gündə neçə addım gəzməlisiz?

Diabetdə ölümün qarşısını almaq üçün gündəlik optimal addım sayı önəmlidir.

Prediabet və ya diabet xəstəsi olan təxminən 1700 yetkin üzərində aparılan yeni araşdırmanın nəticələrinə görə, gündə 10.000 addım atmaq qan şəkərinin tənzimləməsində problemləri olanlar üçün ölüm riskini azalda bilər.
Bu barədə endokrinoloq Fərhad Burzu məlumat verib.

Həkim qeyd edib ki, tədqiqatda iştirak edənlərin 1194 nəfəri prediabet, 493 nəfəri isə diabet xəstəsi olub. Şəkərli diabet xəstələrin acqarına qlükoza səviyyəsi 126 mq/d/L yüksək, prediabet xəstələrin isə qlükoza səviyyəsi 100-125 mq/dL arasında olub. Prediabetli yetkinlərin yarısından çoxu (orta yaş 55) kişilər olub və onlar gündə 8500 addım gəziblər. Diabetlilərin isə yarısı kişilər olub (orta yaş 61) və onlar gündə 6300 addım gəziblər. İştirakçılar 7 gün ərzində addımları saymaq üçün bellərinə akselerometr (addımölçən) taxıblar.

Onun sözlərinə görə, tədqiqatçılar yaş, cins, etnik mənsubiyyət, pəhriz, diabet dərmanlarının istifadəsinə görə düzəlişlər ediblər. 9 il ərzində 200 prediabetli, 138 diabetli insan ölüb. Sağ qalanlara əsaslanaraq gündə 10 000 addım gəzmək prediabet və diabetli insanlar üçün ölüm riskini azaltmaq üçün demək olar ən yaxşı səbəbdir.

"Gündə 10 000 addım gəzmək çətindirsə, tədqiqat müəllifləri , həkimlə danışıb hər kəsin özünə uyğun fiziki məşğələlər proqramı təyin etməsini tövsiyyə edirlər", - deyə Fərhad Burzu əlavə edib. /Medicina.az

# 2301
avatar

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07