Koronavirus mövsümi xəstəliyə çevriləcək - EKSPERT
24 iyul 2022 04:31 (UTC +04:00)

Koronavirus mövsümi xəstəliyə çevriləcək - EKSPERT

Koronavirus infeksiyasının mövsümi xəstəlik halına gəlməsi zaman tələb edir və 3 il çəkə bilər. 

Lent.az-ın xəbərinə görə, bunu TASS-a müsahibəsində Rusiyanın Qamaley adına Epidemiolobiya və Mikrobiologiya Elmi-tədqiqat Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.

“Koronavirus mövsümi xəstəliyə çevriləcək və onun öldürücülüyü çox aşağı həddə olacaq. Son proses böyük vaxt tələb edir. Ştamların ilkin genetik dəyişməsi isə sürətli şəkildə - bir neçə aya tamamlanır. İmmunitetin hesabına müdafiənin yaranması da zaman tələb edir. Bunun üçün insanlar virusa yoluxmalıdırlar ki, bu işdə vaksinlər kömək edir” – deyə Altşteyn bildirib. 

Alim əlavə edib ki, Covid-19-un mövsümi xəstəliyə çevrilməsi 3 il çəkəcək. Koronavirusun ştamları uzunmüddətli çoxalma nəticəsində öz gücünü itrərək yoxa çıxır. Lakin insanlarda hələ ki, kollektiv immunitert yaranmayıb.   
 

# 1701
avatar

Oxşar yazılar