Hansı doğuş növündə ölüm halları daha çox olur? – GİNEKOLOQ AÇIQLADI
01 mart 2023 14:35 (UTC +04:00)

Hansı doğuş növündə ölüm halları daha çox olur? – GİNEKOLOQ AÇIQLADI

Ana olmağa hazırlaşan bir çox qadın qeysəriyyə əməliyyatına üstünlük verir. Bir çoxları qeysəriyyə əməliyyatını çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu kimi sayır. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyyatının da fəsadları var. Bu gün ana və ya uşağın doğuş zamanı ölməsi kimi xəbərləri tez-tez eşitmişik. 

Maraqlıdır, görəsən, ölüm halları daha çox hansı doğuş növündə qeydə alınır?

Məsələ ilə bağlı ginekoloq Ləman Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, doğuş zamanı ölüm hallarının baş verməsi doğuşun növündən asılı deyil. 

Onun sözlərinə görə, ananın özündə olan hər hansı bir xəstəlik və ya həkimin səhlənkarlığı nəticəsində doğuş zamanı ölüm halları olur: 

“Ölüm halları həm təbii doğuşda, həm də qeysəriyyə əməliyyatında baş verə bilər. Doğuşun təhlükəli keçəcəyi ilə bağlı bir çox hallar var. Çünki hamiləlik dövründə anada təzyiq, şəkər xəstəliyi kimi müxtəlif xəstəliklər ola bilər. Həmçinin hamiləliyin gedişində vaxtından qabaq doğuş və ya düşük təhlükəsi ilə yarana bilər”. 

# 2412
avatar

Arzu Qurbanlı

Oxşar yazılar