Azərbaycanda hazırda yayılan xəstəliyə antibiotik  TƏSİR ETMİR
18 yanvar 2023 15:52 (UTC +04:00)

Azərbaycanda hazırda yayılan xəstəliyə antibiotik TƏSİR ETMİR

“Hazırda ölkədə yayılan xəstəliyə antibiotikin heç bir təsiri yoxdur. Bununla yanaşı hər hansı antibakterial dərmanın istifadəsi tövsiyə olunmur”.

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, yalnız həkim müayinəsindən sonra antibiotik müalicəsi verilə bilər:

"İlkin olaraq xəstəliyə yoluxmuş insanlar bol maye qəbul etməlidirlər. Hərarət yüksək, əzələ ağrıları olarsa, hərarətsalıcı dərmanlardan istifadə etmək mütləqdir. Əgər 3 gün ərzində bu qrip keçməsə, həkim müayinəsində olmaq mütləqdir. Hər bir insan individiual olduğu üçün həkimə müraciət etməlidir”.

Həkim yayılan əlamətlər təkcə qripə virusuna aid olmadığı, diaqnozun yalnız test yolu ilə qoyula biləcəyini vurğulayıb:

“Xəstəliyin koronavirus, influenza, yoxsa qrip olmasına burundan alınan testlə qərar verilməlidi. Vaxtında müdaxilə olunmazsa, bu xəstəlik daha da ağırlaşa bilər. Hansısa bakterial xəstəliyə, miningitə səbəb ola bilər. Risk qrupunda olan şəxslər influenza qripinə qarşı peyvəndlə yanaşı, bakterial pnevmaniya əleyhinə də peyvənd vurdurmalıdırlar”.

# 2214
avatar

Fidan İlqar

Oxşar yazılar