Ürəyində problem olanlara  XƏBƏRDARLIQ:  maqnit qasırğası başlayıb
16 aprel 2021 11:41 (UTC +04:00)

Ürəyində problem olanlara XƏBƏRDARLIQ: maqnit qasırğası başlayıb

Aprelin 15-dən Yerdə maqnit qasırğası başlayıb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qasırğa bir neçə gün davam edə bilər. Beləliklə, bu gün və sabah da ehtiyatlı olmaq məsləhət görülür. 
Mövcud maqnit fırtınasının bir xüsusiyyəti G-1 kateqoriyasına daxil edilib.

G-1 səviyyəsi nə deməkdir?

Narahatlığa səbəb yoxdur. Məsələ burasındadır ki, bu səviyyə ilə əlaqəli geomaqnit sahəsinin pozğunluqları zəif kimi xarakterizə edilə bilər. Başqa sözlə desək, Yer sakinləri fırtınanın nəticələrini ciddi hiss etməyəcəklər.

Bununla birlikdə, xroniki xəstəliklərin kəskinləşməsi, ürəyin yükünün artması vəəhval-ruhiyyənin pisləşməsi istisna edilmir.

Ən güclü maqnit qasırğası G-2 və G-5 səviyyəli olanlar hesab edilir. 

# 3066
avatar

Oxşar yazılar