Qaraciyəri məhv edən  DƏRMANLAR
07 may 2021 19:32 (UTC +04:00)

Qaraciyəri məhv edən DƏRMANLAR

Xəstəxanaya yerləşdirilən xəstələrdə dərman sayəsində qaraciyər zədələnməsi nə qədər inkişaf edir?

Lent.az xarici mediaya istinadla bildirir ki, bu suala Çindən olan alimlərin yeni araşdırmasında cavab verilib. 

Elm adamları, xəstəxanaya yerləşdirilən 156.570 xəstənin qeydlərini analiz edib və dərmandan qaynaqlanan qaraciyər zədələnməsinin 499 hadisəsini aşkar ediblər. Tezlik 0.32 faiz təşkil edib.

İnfeksiya əleyhinə maddələr, xərçəng dərmanları və steroid olmayan antiinflamatuar dərmanlar qara ciyər zədələnməsinə səbəb olur. Ən çox ziyan vorikonazolun (göbələk əleyhinə dərman) istifadəsi ilə meydana gəlir.

Bununla birlikdə, yüksək xolesterol səviyyələri, ürək-damar xəstəlikləri, əvvəlcədən mövcud olan qaraciyər xəstəliyi və əvvəllər əməliyyat keçirən xəstələr dərmanın təsiriylə qaraciyər zədələnməsi riski ilə daha yüksək səviyyədə qarşılaşırlar.

# 5472
avatar

Oxşar yazılar