Koronavirusu öldürən maska hazırlandı
17 fevral 2021 14:36 (UTC +04:00)

Koronavirusu öldürən maska hazırlandı

Fransanın BioSerenity şirkətinin mütəxəssisləri koronavirusu məhv edən qoruyucu maska hazırlayıblar. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, şirkətin baş direktoru Mark Fruen deyib ki, bu maska "virusları bloklamaq" xüsusiyyətinə malikdir.

Maska biri antibakterial və antiviral xüsusiyyətlərə malik olan 4 təbəqədən ibarətdir. Maska bir dəfər istifadə üçündür və 4 saatdan çox taxmamaq tövsiyə olunur.

Maskanın qiyməti 1,49 avrodur. Fevralın 16-dan Fransada satışa çıxarılıb. 

# 2271
avatar

Oxşar yazılar