Dünyaya  ÇAĞIRIŞ:  növbəti pandemiyaya hazırlaşın 
15 aprel 2021 17:29 (UTC +04:00)

Dünyaya ÇAĞIRIŞ: növbəti pandemiyaya hazırlaşın 

ABŞ prezidenti Co Bayden bütün dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Amerika lideri yaxın gələcəkdə dünyanın başqa bir pandemiya ilə qarşılaşacağına əmindir. O, hansı xəstəlikdən söhbət getdiyini izah etməyib.

Xarici internet saytlarına görə, Ağ Evdə danışan Bayden, ABŞ hökumətini yeni bir pandemiya üçün hazırlıqlar üzərində diqqətlə işə başlamağa çağırıb.

Qeyd etmək lazımdır ki, alimlər, xarici mütəxəssislər və hətta məşhur rus həkimləri gələcəkdə dünyanın daha təhlükəli bir pandemiya ilə qarşılaşacağına inanırlar. Bu pandemiyanın indiki koronavirus pandemiyasından daha ölümcül olacağı da istisna deyil.

Həqiqət budur ki, antibiotiklərin aktiv istifadəsi sayəsində yeni virusu məğlub etmək daha da çətin olacaq.

Çoxları bunun demək olar ki, müalicə olunmayan qrip pandemiyası olacağına inanır.
.

# 11442
avatar

Oxşar yazılar