COVID-19-a qarşı  ilk dərman  hazırlandı
07 may 2021 13:47 (UTC +04:00)

COVID-19-a qarşı ilk dərman hazırlandı

Litvanın Northway Biotech şirkəti İsveçrə alimləri ilə birlikdə ilk COVID-19 dərmanını yaratdığını açıqlayıb.

“Biz klinik sınaqları isveçrələrə bağışladıq. Litvada koronavirusun müalicəsi üçün dərman yaradılıb-yaradılmadığına dair suala cavab olaraq deyə bilərəm ki, bəli, indi klinik sınaqlar artıq başlayır”.  Lent.az xarici mediaya istinada bildirir ki, bunu şirkətin idarə heyətinin sədri Vladas Bumyalis söyləyib. 

Onun sözlərinə görə, dərmanın effektlik dərəcəsi artıq bu il aydın olacaq. Northway Biotech indi koronavirusa qarşı daha bir dərmanın hazırlanmasına başlayır. 

# 4425
avatar

Oxşar yazılar