Bu peyvəndin 70 milyon dozası “brak” ola bilər
07 may 2021 19:16 (UTC +04:00)

Bu peyvəndin 70 milyon dozası “brak” ola bilər

Koronavirusa qarşı nəzərdə tutulan  Johnson & Johnson peyvəndinin 70 milyon dozası yararsız ola bilər. 

Lent.az bildirir ki, bu haqda “The New York Tumes” öz mənbələrinə istinadla məlumat yayıb.

Söhbət ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Emergent BioSolutions zavodunda istehsal olunan peyvənddən gedir. Maraqlıdır ki, burada Amerika peyvəndindən əlavə, İngiltərə-İsveç şirkəti “AstraZeneca”nın da preparatları istehsal edilir.

Xatırladaq ki, aprel ayının əvvəlində Baltimordakı bir Amerika şirkətinin zavodunun işçilərinin iki istehsalçının dərman komponentlərini qarışdırarkən səhv etməsi səbəbindən 15 milyon doza Johnson & Johnson peyvəndi korlanmışdı.

# 1908
avatar

Oxşar yazılar