Ana südü   verən inəklər: Alimlər nəticə əldə etdi
16 oktyabr 2022 07:19 (UTC +04:00)

Ana südü verən inəklər: Alimlər nəticə əldə etdi

Çinli alimlər Qoldşteyn inəklərinin embrionlarını elə dəyişdirə biliblər ki, kifayət qədər yetkin yaşda onlar insan südünə demək olar ki, eyni olan süd verəcəklər.

Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə “Gismeteo” Qərb mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, tədqiqatçılar insan orqanizminə xas olan zülalları embrionlara daxil etməklə bu nəticəyə nail olublar. 

Bundan sonra onlar surroqat inəklərə yerləşdiriliblər. Həmçinin Çindən olan mütəxəssislər öz işləri zamanı inəkləri DNT-yə daxil etmək üçün klonlaşdırma texnologiyasından istifadə ediblər.

Belə ki, geni dəyişdirilmiş inəklər laktasiya dövrünə çatanda onların istehsal etdiyi süddə insan zülalları var idi ki, bu da öz növbəsində yeni doğulmuş körpələrin immun sistemini gücləndirməyə qadirdir. 

Bundan əlavə, tədqiqatçılar istehsal olunan südün tərkibindəki yağ və bərk maddələrin miqdarını artırıb.

Çin alimləri gələcəkdə analoji məhsulun adi bir ərzaq mağazasında alına biləcəyini gözləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar