Ukraynaya yeni səfir təyin edildi
23 may 2023 14:33 (UTC +04:00)

Ukraynaya yeni səfir təyin edildi

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin digər sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

# 3531
avatar

Oxşar yazılar