Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün prioritetdir - PREZİDENT
26 fevral 2023 13:06 (UTC +04:00)

Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün prioritetdir - PREZİDENT

"Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün ən prioritet sahələrdən biridir".

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən deyib.

Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd etdi ki, bütün bunlarla bağlı həyata keçirilən layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək.

Dövlət başçısı deyib ki, ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

# 2202
avatar

Oxşar yazılar