Azərbaycan pandemiya ilə bağlı 80 dövlətə yardım edib - PREZİDENT
09 mart 2023 10:42 (UTC +04:00)

Azərbaycan pandemiya ilə bağlı 80 dövlətə yardım edib - PREZİDENT

Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz, həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik.

Lent.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən 10 milyon dollar yardım göstərib.

# 1923
avatar

Oxşar yazılar