Mehriban Əliyevadan növbəti qızıl medal qazanan idmançılarımıza TƏBRİK
04 sentyabr 2021 17:24 (UTC +04:00)

Mehriban Əliyevadan növbəti qızıl medal qazanan idmançılarımıza TƏBRİK

 

Birinci vitse-prezident Mehriban Əliyeva Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib.

Lent.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deylir:

"Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

# 2433
avatar

Oxşar yazılar