Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Raman Salehi təbrik etdi
03 sentyabr 2021 19:18 (UTC +04:00)

Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Raman Salehi təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurlu çıxış edən Azərbaycan yığmasını və 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib.

Lent.az-ın məlumatına görə, Mehriban Əliyeva “İnstagram” səhifəsində etdiyi paylaşımında “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!” - deyə yazıb.

# 3867
avatar

Oxşar yazılar