Azərbaycan Prezidenti İlham Əliyev
22 aprel 2022 14:38 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev

“Biz Cənubi Qafqazı faşizmdən xilas etdik” - İlham Əliyev

“Azad edilmiş ərazilərə gedən hər bir qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

“Onların Birinci Qarabağ müharibəsi, II Qarabağ müharibəsi – iki müharibə arasındakı dövr ərzindəki bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil bəs nədir?! “Toçka –U”, “Skad”, “İsgəndər M” raketi ilə Şuşa vurulmuşdur. Və qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İsgəndər M” raketinin qalıqları aşkarlanmışdı. Və biz bir daha sübut etdik ki, Ermənistan bu ölümcül, qadağan edilmiş silahdan və onlarda heç cür ola bilməyən silahdan istifadə edib. Və buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İsgəndər M” raketinin qalıqlarını görə bilər. Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik”, - dövlət başçısı qeyd edib.

# 2379
avatar

Oxşar yazılar