Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından 3 il ötür. Müğənni 2011-ci ilin fevralın 1-də, beyin qan sızmasından vəfat edib.
41 yaşında dünyasını dəyişən müğənni bir çox mahnıları ilə sevilib. Onun “Darıxıram”, “Gedirəm”, “Getdin”, “İl keçdi”, “Yandırdı, yaxdı məni” mahnıları ilə geniş dinləyici auditoriyası qazanmışdı.
Mərhumun üç qızı, bir oğlu var.
Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul idi. 1992-ci ildən müğənnilik edirdi.
Allah rəhmət eləsin!