Prezident Şəki Dövlət Dram Teatrının binasındakı işlərin gedişi ilə tanış olub
15 avqust 2013 02:11 (UTC +04:00)

Prezident Şəki Dövlət Dram Teatrının binasındakı işlərin gedişi ilə tanış olub

Prezident İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.


Dövlət başçısının sərəncam və göstərişləri əsasında ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir olunur.


Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, əvvəlcə dövlət başçısı binanın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb.


Rayon ictimaiyyəti adından çıxış edən Dram Teatrının direktoru Hikmət Nəbili dövlətimizin başçısına minnətdarlığını çatdırıb.


Görülən işlərlə tanış olan prezidentin diqqətinə çatdırılıb ki, binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılıb. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.
 

Məlumat verilib ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilib. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməyib.

Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanılıb.


Prezidentin diqqətinə çatdırılıb ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülüb.


Yenidənqurma işləri ilə tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar