Naxçıvan Dövlət Kukla Teatrı ölkəmizi Düşənbədə keçirilən beynəlxalq festivalda təmsil edir
18 aprel 2014 20:57 (UTC +04:00)

Naxçıvan Dövlət Kukla Teatrı ölkəmizi Düşənbədə keçirilən beynəlxalq festivalda təmsil edir

0
Tacikistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Düşənbədə keçirilən ənənəvi “Çodari Xayol” Beynəlxalq Kukla Teatrları Festivalı öz işinə başlayıb.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda 10 ölkənin - Tacikistan, İran, Türkiyə, Fransa, Rusiya, İspaniya, Belarus, Azərbaycan, Qırğızıstan, Qazaxıstanın kukla qruplarının ən yaxşı tamaşaları göstəriləcək. Tamaşalar tacik, rus və digər dillərdə təqdim olunacaq.

 

Festivalda Azərbaycanı Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir.

 

Azərbaycanın xalq artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə Düşənbəyə səfər edən 13 nəfərlik teatr qrupu aprelin 21-də  Ü.Hacıbəylinin “Arşın mal alan” əsərini tamaşaçılara təqdim edəcək.

 

Festival aprelin 22-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 939

Oxşar yazılar