Moskvadakı "Riqa bazarı"nda partlayıcı qurğunun yerləşdirilməsi xəbərindən sonra 1800 nəfər təxliyə edilib.
Bu barədə "Ria Novosti" məlumat yayıb. Bazar ərazisində kinoloqlar axtarış aparır. Məlumata görə, naməlum şəxs “02” xidmətinə zəng edərək bazara partlayıcı qurğunun yerləşdirildiyini deyib.