İlk dəfə “Fine Colors” adlı I beynəlxalq uşaq yaradıcılıq festivalı
30 may 2013 21:49 (UTC +04:00)

İlk dəfə “Fine Colors” adlı I beynəlxalq uşaq yaradıcılıq festivalı

0

İyunun 1-də Azərbaycanda ilk dəfə “Fine Colors” adlı I beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından APA-ya verilən məlumata görə, festival ADRA-nın və Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçiriləcək.

 

Festival çərçivəsində Azərbaycandan və müxtəlif ölkələrdən olan uşaqların rəsm sərgisi təşkil olunacaq və festival iyunun 7-dək davam edəcək.

 

Festivalda daun sindromlu uşaqların yardım fonduna köçürülməsi üçün xeyriyyə satışları da keçiriləcək.

 

Qeyd edək ki, festival 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 673

Oxşar yazılar