III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub
23 sentyabr 2013 12:00 (UTC +04:00)

III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub

Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub. Tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25 ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir: “Bu sərgi Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacibdir. Azərbaycanda bir həftə müddətində kitab bayramı qeyd ediləcək. Bu tədbirlər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Sentyabrın 25-də Opera və Balet teatrında Milli Kitabxananın 90 illik yubileyi qeyd olunacaq”.
Ə. Qarayev bildirib ki, bundan sonra sərgi 2 ildən bir keçiriləcək. Nazirin sözlərinə görə, builki sərgidə nəşriyyat evlərinin fəal iştirak etməsi çox sevindiricidir: “Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir və həmişə böyük uğurlara nail olur. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram k, Azərbaycan kitabı həmişə yaşayacaq".

Qeyd edək ki, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası ötən illərdən fərqli olaraq, bu dəfə açıq havada keçirilir və stendlər nəşriyyatlara pulsuz verilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən nəşriyyat və poliqrafiya müəssisələri iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar