Həyat yoldaşı:<b> “Vaqif Səmədoğlunun İsrailə gedəcəyi bəlli deyil”</b>
11 avqust 2014 14:29 (UTC +04:00)

Həyat yoldaşı: “Vaqif Səmədoğlunun İsrailə gedəcəyi bəlli deyil”

0

 Xalq şairi Vaqif Səmədoğlunun müalicə üçün yenidən İsrailə qayıdıb-qayıtmayacağı bəlli deyil.

 

V. Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın APA-ya verdiyi məlumata görə, şairin müalicəsi davam edir: “Vəziyyəti normal qiymətləndirilir. Hazırda müalicəsi davam edir, həkimlərin yazdığı dava-dərmanı qaydasında qəbul etməyə çalışırıq. Bir neçə gündür bağa gəlib, istirahət edir. Müalicənin harada davam etdiriləcəyi həkimlərin rəyindən asılıdır”.

 

N. Vəkilova əlavə edib ki, V. Səmədoğlunun səhhəti Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1314

Oxşar yazılar