“Gələn ildən Ağdaşda xalq artisti Habil Əliyevin adına kamança ifaçılığı müsabiqəsinin keçirilməsi qərara alınıb”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir bildirib ki, ona ünvanlanan tarix-mədəniyyət abidələrinin bərpası, musiqi və incəsənət məktəblərinin maddi vəziyyətinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı müraciətlərə baxılacaq.
Ə. Qarayev Ağdaşda Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların müraciətləri əsasən bölgələrdəki mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, Həsən bəy Zərdabinin abidəsinin bərpa olunması müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, Həsən bəy Zərdabinin abidəsinin bərpa olunması, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası kimi məsələlər də müraciətlər arasında yer alıb.