Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? <span style="color:red;">- SİYAHI
15 may 2016 11:13 (UTC +04:00)

Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI

0

Builki Eurovision mahnı müsabiqəsində Azərbaycan ən çox balı Rusiyaya verib. Lent.az-ın məlumatına görə, Azərbaycanın tamaşaçı və juriləri öz səslərini aşağıdakı formada bölüşdürü:

 

Rusiya - 12 xal

 

Ukrayna - 10 xal

 

Bolqariya - 8 xal

 

Macarıstan - 7 xal

 

İsrail - 6 xal

 

Malta - 5 xal

 

Fransa - 4 xal

 

Polşa - 3

 

Avstriya - 2

 

Gürcüstan - 1 xal

 

 

Bu il yarışmada Səmranın “Miracle” mahnısı ilə təmsil olunan Azərbaycana ən yüksək, yəni 12 xal verən olmayıb. Bolqarıstan və Ukrayna ölkəmizə 10, Belorus və Moldova isə 8 xal verib.

 

Qeyd edək ki, Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayəna görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib.

 

İkinci yeri Avstriya təmsilçisi Demi İm tutub. O juri səsverməsinin lideri olub, lakin tamaşaçıların səsverməsi ölkəni birinci yerdə saxlaya bilməyib.

 

Üçüncü yerdə qərarlaşan Rusiya təmsilçisi Sergey Lazarev peşəkar juri tərəfindən 5-ci yerə layiq görülüb. Daha yüksək nəticə əldə etməyə isə ona tamaşaçı səsi kömək edib.

 

Azərbaycan bu il müsabiqədə 17-ci yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar