Zəlzələ bölgəsində könüllü çalışan Doğukan Mançodan dəhşətli SÖZLƏR
28 fevral 2023 12:20 (UTC +04:00)

Zəlzələ bölgəsində könüllü çalışan Doğukan Mançodan dəhşətli SÖZLƏR

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Hatay bölgəsinə gedən və 12 gün boyunca insanlara yardım edən DJ Doğukan Manço yaşadıqlarını izləyiciləri ilə bölüşüb.

Lent.az xəbər verir ki, bölgədə könüllü çalışan Doğukan "YouTube" kanalında olaylardan söhbət açıb.

"12 gün boyunca Hatayda könüllü xidmət etdim. Sözün əsl mənasında əxlaqsızlıq gördüm. Orada binaların altındakı dükanların tikilini ayaqda saxlayacaq sütunlarını məhv etdiklərini müşahidə etdim. Bunun üçün də binalar yıxılıblar.  İnsan oğlunun get-gedə ağlını itirdiyinin şahidi oldum. Bu qədər sərt bir dil ilə danışdığım üçün çox üzrlü sayın. Sabah öləcəkmişik kimi qürurla yaşamalıyıq. Mədənçilərin haqqını isə bu ölkə ödəyə bilməyəcək. Gəlib o qədər insanı aydınlığa çıxardınız".

Qeyd edək ki, bundan öncə Doğukan Manço dağıntılar altında sənətçi atası Barış Mançonun posterinin şəklini çəkib paylaşmışdı. 
 

# 2160
avatar

Nigar Namiq

Oxşar yazılar