Geyimləri və açıqlamaları ilə daim gündəmdə olan rejissor Zorik (Zöhrab Ağayev) dünyada tanınmış 5 brend firmanın siması olacaq. Lent.az-ın məlumatına görə, qalmaqallı rejissor bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, Azərbaycanda “Mercedes”, “Baldessarini”, “Dunhill”, “Porsche disign”, “Rodenstock” kimi lisenziyalı brendlərin tanıtımı ona məxsusdur: “İnşallah, iyunun 11-də böyük eynək butikinin açılışı gözlənilir. Mən də həmin firmaların, eynəklərin tanıtım siması olacağam. Bütün yaxın dostlarıma zəng edib, açılışa dəvət edəcəyəm. Yaxın dostlarıma brend eynəklər hədiyyə olunacaq”.