Bir müddət öncə subaylığın daşını atan müğənni Elvin Abdullayev “Ayrılıb gedirsən” adlı mahnısına çəkilmiş klipinə təqdimat keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə yaradıcılığındakı yenilikdən danışan müğənni bildirib ki, sözləri Altay Yaşara, musiqisi Ruslana məxsus olan mahnı Gürcüstanda ekranlaşdırılıb: “Bu gün “Ayrılıb gedirsən” adlı mahnıma çəkilmiş klipimi təqdim etdim. Klipi gürcü rejissor ekranlaşdırıb. Ekran işinin maraqlı süjet xətti var. Klipdə mənim tərəf müqabilim model Aysel xanım olub. Düşünürəm ki, klipim maraqlı süjet xətti var, bəyəniləcək”.
Onu da əlavə edək ki, klipdə Elvinin tərəf müqabili “Miss Gürcüstan” gözəllik yarışmasının qalibi Aysel olub. Ekran işinin süjet xəttində müğənni modellə sevgili həyatı yaşayır.
Xatırladaq ki, E.Abdullayevin klip təqdimatında müğənni Könül Kərimova, Ayaz Qasımov, Emil Bədəlov, Kamil Cəfərov, Aysel Əlizadə, Zarina Məmmədova, prodüser Təranə Səmədova və başqaları iştirak edirdi.