Yalçın Rzazadə, Nadir və Manaf arasında<span style="color:red;"> QALMAQAL  -<span style="color:red;"> "Onu tanımıram"
30 iyun 2016 15:01 (UTC +04:00)

Yalçın Rzazadə, Nadir və Manaf arasında QALMAQAL - "Onu tanımıram"

0

Xalq artisti Yalçın Rzazadə müğənni Nadir Qafarzadə və Manaf Ağayevi tanımaması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib. Lent.az-a açıqlama verən xalq artisti bu xəbərə çox əsəbiləşdiyini deyib: “İndi eşidirəm ki, belə bir yazı yazıblar. Mənim bu günə qədər Nadir və Manafla heç bir zaman münasibətim olmayıb. Yəni real həyatda üz-üzə gəlməmişik. Manafı “Toylar kralı” yarışından xatırlıyıram, evdə bir-iki dəfə baxıb, kanalı çevirmişəm. Onu tanımıram axı. Tanımaq bilirsiniz nəyə deyirlər? Adam canlı ünsiyyətdə olar, bir-birini tanıyar. Axı mən şou əhli deyiləm ki, bu aləmdən başım çıxsın. Hər zaman qalmaqaldan uzaq olmuşam, məni bu qalmaqala salmasınlar. İndi tamam başqa söz demişəm, başqa söz yazıblar. Tərbiyəm yol vermir ki, zəng edən jurnalisti acılayıb, dəstəyi asam”.

 

Y.Rzazadənin fikirlərini müğənni Nadir Qafarzadə də cavabsız qoymayıb: “Bizi tanımadığını söyləyib. Yalçın müəllim, təki bizi Allah tanısın. Barəmdə dediyiniz fikirlərə başqa cür cavab verməyəcəm. Allah sizə can sağlığı versin. Hər halda bizdən yaşca çox böyüksüz. Eqaist olmayın, sağlamlığa ziyandır. Bildiyim qədəri ilə sağlamlığınızda da problemlər var. Allah şəfa versin. Heç vaxt xəstələnməyin. Dualarımız sizinlədir. Siz bizi tanımasanız da, biz sizi tanıyırıq".

 

 

Qeyd edək ki, Y.Rzazadə Nadir Qafarzadə, Manaf Ağayev, Röya və digər müğənniləri tanımamağı ilə bağlı yazı publika.az-da gedib: “Adlarını çəkdiyiniz və çəkmədiyiniz, ümumiyyətlə, şou aləmə daxil olan o müğənnilərin heç birini tanımıram. Sənət aləmində tanıdıqlarımdan Azər Zeynalov, Fidan, Xuraman Qasımova bacılarının adını çəkə bilərəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar