Müğənni Xatirə İslam imicində dəyişiklik edib. Lent.az-ın məlumatına görə, ifaçı 35 ildən sonra saçlarını qısaldıb. Müğənnin yeni saçları maraqla qarşılanıb.
Qeyd edək ki, X.İslam bir müddət öncə saçlarını kəsdirəcəyini demişdi: “35 ildir uzun saçlarla gəzirəm. Amma qəti qərara gəlmişəm ki, bir az bu imicdən qaçım. Yoldaşım da nifrət edir uzun saçlara. Evlənəndə deyirdi "bu nədi, saçlarını kəsdir". Yoldaşım xaricdə oxuyub, orada qısa saçlı qızlar çox görüb deyə, gözü öyrənib. Amma mən onun sözü ilə deyil, öz istəyim olduğu üçün uzun saçlarımı kəsdirirəm. Çünki yoruluram uzun saçlardan".