Xalq artistinin maşını cərimə meydançasında - <span style="color:red;">FOTOLENT
20 dekabr 2016 13:02 (UTC +04:00)

Xalq artistinin maşını cərimə meydançasında - FOTOLENT

0

Dayanma-durma qaydasını pozduğu üçün evakuator «Prado»nu aparıb

 

 

Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.

 

Lent.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, məlum olub ki, xalq artisti «Toyota-Prado» markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etiraf edib. «Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər» deyə Canəli Əkbərov bildirib.

 

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini ekavuator Dövlət Musiqili Teatrın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar