Türkiyə şou-biznesinə qatılan müğənnilərimiz tənqid olundu: <span style="color:red;">"Tanınmırlar"
18 yanvar 2016 10:29 (UTC +04:00)

Türkiyə şou-biznesinə qatılan müğənnilərimiz tənqid olundu: "Tanınmırlar"

0

““Mənəm-mənəm” deyən müğənnilərimizi Türkiyədə tanımırlar”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Elnur Məmmədov “ATV Maqazin Onlarla” verilişində deyib.  “Biz onların ifaçılarının kliplərini göstərib təbliğ etdiyimiz kimi, qonşu Türkiyə də azərbaycanlı ifaçıları təbliğ etsə, bizə maraq olar. Onlar bizə 40-70 minə klip çəkib, efirdə yayımına pul alırlar. Bütün bunlar elə-belə deyil. Bizim kanallarımız da onların kliplərini verməsinlər, özümüzü təbliğ etsinlər. Onların uşağından-böyüyünə kimi əzbər tanıyırıq, amma orada bizim “mənəm-mənəm” deyən müğənnimizi heç kim tanımır. Sezen, Bülent bizə lazımdır? Bizimkilər orada verilişə pulsuz çıxmırlar, böyük qonorar verib proqrama qatılırlar. Burada elə müğənnilərin şəklini vurub konsertini elan edirlər ki, mən heç onları tanımıram. Amma bizim “pik”lərimiz var ki, Azərbaycanda tanınır, Azərbaycanda sevilir və elə Azərbaycan üçün də işləyir. Sənətdə də, musiqi və yaradıcılıq cəhətdən də, mən özümüzü hər kəsdən üstün bilirəm. Bir-birimizi hörmətli edək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar