Əməkdar artist Tünzalə Ağayeva şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Əslində mən” verilişinə qonaq olan ifaçı qızı Fidanın tək olduğunu, onun atasının başqa evlilikdən bir qızı olsa da, görüşməklərinə razılıq vermədiyini bildirib:
“Qızımı keçmişimdəki heç kimlə görüşdürmürəm. Mənim buna görə öz səbəblərim var. Bütün övladlar gözəldir. Amma o balaları böyüdən valideynlər var. Mənim problemim onlarladır. Peşman olacağım addım atmaq istəmirəm. Övladım üçün həm ata, həm də anayam. Bir yerdə xoşbəxtik. Fidana istədiyim qədər vaxt ayıra bilmirəm. O, nənə-baba yanında böyüyüb. Uşaqlıqda şikayət edirdi ki, “Niyə özünə başqa iş tapmırsan?”. Sonradan bu halıma öyrəşdi. Fidan sevmir ki, məktəbdə, dostları arasında, cəmiyyətdə onu Tünzalənin qızı kimi tanısınlar. Bu, ona narahatçılıq verir".
Qeyd edək ki, T.Ağayeva rejissor Rəhman Əliyevlə ailəli olub. Cütlük illər öncə boşanıb.