Müğənni Natəvan Həbibinin bir neçə saat öncə Beynəlxalq Mətbuat Mərkəzində söylədiyi fikirlərə prodüser Tolik biganə qalmayıb. Lent.az-ın məlumatına görə, Tolik Natəvanın xalq artisti Aygün Kazımovanı, Zoriki (Zöhrab Ağayev) və onu məhkəməyə verməsinə “İnstagram” səhifəsində şərh verib: “Ay yazıq bəndə, sən deyildin sevgilin Himalayın adından Röyaya xəbərdarlıq yollayan? Röya da sənin sevgilinə iki kəlmə deyib, sizi susdurdu. İndi də girmisən Röyanın... Kül başına, Röya haqqında yazdığın smslər məndədir. Bəs bəyənmirdin, indi nə oldu? Görürsən batmısan, heç sevgliin Himalay da sənə kömək ola bilmir. Yaxşı ki, unitaz, kafel firması səni sima seçdi, yoxsa neyləyərdin?”.
Qeyd edək ki, N.Həbibi az öncə mətbuat konfransında Tolik, Zorik və Aygünə yənəlik bu sözləri demişdi: “Adını açıqladığınız şəxslər mənim şərəf və ləyaqətimi alçaldıblar. Məhz bu üzdən mən onlara cavab vermədim. Onları məhkəməyə vermişəm. Hər şeyi qanun çərçivəsində yoluna qoyacam. Amma bütün bunlar barəsində konsertimdən sonra geniş danışacam. İstəmirəm ki, başqa işlər konsertimə kölgə salsın. Məhz bu üzdən sakitəm, barəmdə deyilən neqativ fikirlərə aqresiya ilə yanaşmıram. Bütün fikrimi konsertə yönəltmişəm. Bilsəydim ki, konsert verməyim bəzi insanları belə narahat edir, çoxdan konsert vermişdim”.