Tanınmış prodüserə hücum: <span style="color:red;">“Üzümü yandırdılar”
10 aprel 2014 10:21 (UTC +04:00)

Tanınmış prodüserə hücum: “Üzümü yandırdılar”

0

Tanınmış prodüser Sayqa Cahidin başına iş gəlib. Lent.az-ın məlumatına görə, prodüserə hücum olub. Hadisənin necə baş verməsini isə o, sosial şəbəkədəki səhifəsində yazıb: “İndi çatıram evə. Qorxudan hələ də özümə gələ bilmirəm. Binanın blokuna girib, liftə yaxınlaşanda bir nəfər tanımadığım oğlan əlində qaz balonu ilə mənə hücum etdi. İçində paltarım olan çantamı məndən aldı. Üzüm, gözüm, boğazım yandığından müqavimət göstərə bilmədim. İtələyib məni yıxdı. Ardınca qaçmaq istədiyim zaman isə polis maşını gördüm. Polislərə yalnız cinayətkarın istiqamətini göstərə bildim. Təşəkkürümü bildirirəm Xətai rayonu 34-cü  bölməyə. Mənə yardım olunana qədər, cinayətkarı tutdular”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1854

Oxşar yazılar